photoHUB 📷

Layihə haqqında

“Smart Bytes” 2016-ci ildə yaranmış ən proqressiv proqram təminatı və veb-tədbiqlərin hazırlanması ilə məşğul olan şirkətdir. Şirkətin əsas fəaliyyət sahəsinə biznesin avtomatlaşdırılması, müxtəlif kompleks həllər və professional İT audit daxildir. Bundan başqa şirkət beynəlxalq İT aqreqatların praktikasına dayanaraq, geniş istifadəçi kütləsi üçün açıq olan layihələrin yaradılmasında maraqlıdır. Məsələn “photoHUB 📷” resursu bu tip veb-layihələrdən biridir.

Aznetdə bir ilk olan “photoHUB 📷” layihəsi sözün əsl mənasında inqilabi sistem olmağa tam layiqdir. Bu servisin köməyi ilə siz şəkilləri xarici şəkil resurslarında olduğu kimi yükləyə və şəxsi blog və ya sosial səhifələrdəki profillinizdə yerləşdirə bilərsiniz. Yerli məhsulumuz olan “photoHUB 📷” öz sadəliyi ilə və sıfırdan yığılması ilə seçilir. İnstagram-dan fərqli olaraq, bizim resursda yerləşdirilən şəkilləri həm yükləmək, həm paylaşmaq mümkündür. İnterfeysin minimallığı və resurs bazasının genişliyi şəkillərin uzunmüddətli saxlanmasına zəmanət verir. Biz inanırıq ki, saytın yetərincə istifadəçi kütləsi olacaqdır.

photoHUB 📷” resursun üstünlükləri:

  1. Şəklin geniş keyfiyyətli olması
  2. Birbaşa saytdan yüklənə bilinməsi
  3. Şəklin xəritə üzərində inteqrasiyası
  4. Şəklin EXİF məlumatları
  5. Müəlliflik hüquqları
  6. Sonsuz şəkil bazası
  7. Müasir heşteq funksionallığı
  8. İnternetdə şəklinizin tez indeksləşməsi

Bundan başqa, saytın istifadə qaydası olduqca asandır:

  1. Facebook profilinizlə təhlükəsiz giriş edirsiniz;
  2. “Şəkil Yüklə” düyməsinə sıxaraq şəklinizi yükləyirsiniz!

Bu qədər asan!

Bəlkə bir şəkil sizdən? ;-)